İspaniyanın "Valyadolid" klubu mövsümün əvvəlində "Real"dan icarəyə götürdüyü Xavi Sançesin transfer hüququna yiyələnib.
Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Bu keçid üçün "Valyadolid" 3 milyon avro təzminat ödəyib.
İspaniyanın U-19 millisinin üzvü olmuş futbolçu bu mövsüm zədə səbəbindən iki oyun keçirib.
saytlarin hazirlanmasi
