"Ayaks" yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Everton"dan ayrılan Martin Stekelenburqla 1 illik müqavilə imzalayıb.
1997-ci ildə "Ayaks"ın akademiyasına qatılan 37 yaşlı qapıçı 2011-ci ilə qədər komandada oynayıb. Niderland millisinin keçmiş üzvü "Roma", "Fulhem", "Monako", "Sauthempton" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi
