"Arsenal" dörd futbolçunun müqaviləsini uzatdı

13:02 - 24 İyun 2020

"Arsenal" dörd futbolçu ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi David Luis daha bir il "topçular"da çıxış edəcək. Pablo Mari və Sedrik Soareşlə uzunmüddətli müqavilə bağlanılıb.

 

"Real"dan icarəyə götürülən Dani Sebalyos mövsümün sonuna qədər London təmsilçisində oynayacaq.

 

"Arsenal" Soareşi "Sauthempton"dan, Marini isə "Flamenqo"dan icarəyə götürmüşdü.

Xəbər xətti