Kasorla Xavinin komandasında

14:53 - 20 İyul 2020

"Vilyarreal"dan ayrılan Santi Kasorlanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü Qətərin "Əl-Sədd" klubuna keçib. Klub 35 yaşlı yarımmüdafiəçinin müqavilə şərtlərini açıqlamayıb.

 

"Əl-Sədd"i İspaniya millisinin və "Barselona"nın keçmiş futbolçusu Xavi çalışdırır.

 

Kasorla ötən mövsüm La Liqada keçirdiyi 35 oyunda 11 qol vurub, 10 assist edib.

Xəbər xətti