"Sevilya" "Milan"ın futbolçusunu transfer etdi

17:45 - 20 İyul 2020

"Sevilya" "Milan"dan icarəyə götürdüyü Susonun transfer hüququna sahib olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüslər bu keçid üçün 24 milyon avrosundan keçib.

 

Suso qış fasiləsində qoşulduğu "Sevilya"da 19 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. "Milan" ispan yarımmüdafiəçini 2015-ci ildə "Liverpul"dan 1,3 milyon avroya transfer etmişdi.

Xəbər xətti