"Napoli" 60 milyona hücumçu aldı

12:06 - 23 İyul 2020

"Napoli" "Lill"in hücumçusu Viktor Osimheni transfer edib.

 

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi 21 yaşlı forvardın keçidi üçün 60 milyon avro təzminat ödəyib. Nigeriya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

Osimhen ötən mövsüm 38 oyunda 18 qol vurub, 6 assist edib.

Xəbər xətti