La Liqaya yüksələn klub Neqredonu transfer etdi

17:03 - 23 İyul 2020

İspaniya La Liqasına yüksələn "Kadis" klubu ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, əndəlüslər İspaniya millisinin keçmiş hücumçusu Alvaro Neqredonu transfer edib. 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

Təcrübəli futbolçunun son klubu BƏƏ-nin "Əl-Nəsr"i olub. İspaniyalı futbolçu "Real", "Almeriya", "Sevilya", "Mançester Siti", "Valensiya", "Midlzbro" və "Beşiktaş" kimi klublarda da çıxış edib.

Xəbər xətti