"Barselona" gənc futbolçusunu "Xetafe"yə satdı

16:10 - 10 İyul 2021

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Karles Alenyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

"Xetafe" gənc oyunçu üçün Kataloniya təmsilçisinə 5 milyon avro təzminat ödəyib. Futbolçu başqa kluba transfer olsa, "Barselona" gəlirin 50 faizinə sahib olacaq.

 

“Barselona”nın yetirməsi olan Alenya ötən mövsümü icarə əsasında “Xetafe”də keçirmişdi.

Xəbər xətti