"Keşlə"də oynamış müdafiəçi Braziliya klubunda

16:56 - 10 İyul 2021

Ötən mövsümün əvvəlində “Keşlə” ilə anlaşan Arturo Souza Braziliyada oynayacaq.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm böyük ümidlərlə komandaya gətirilən braziliyalı maddi problemlər səbəbindən sonradan paytaxt klubundan ayrılmışdı. Ölkəmizdən ayrıldıqdan sonra Braziliyada bir müddət aşağı liqada oynayan 26 yaşlı müdafiəçi özünə yeni komanda tapıb.

 

O, Braziliyanın məhşur “Qoyas” klubu ilə anlaşıb. B seriyasında mübarizə aparan klub hazırda 6-cı pillədədi və A seriyasına yüksəlmək üçün mübarizə aparır.

Xəbər xətti