İngiltərə millisinində itki, məşqə çıxmadı

17:25 - 10 İyul 2021

"Mançester Siti” və İngiltərə millisinin yarımmüdafiəçisi Fil Foden bu gün milli komandanın Avropa çempionatının İtaliya ilə final öncəsi keçirilən məşqinə çıxmayıb.

 

Sportal.az xəbər verir ki, futbolçunun kiçik zədəsinə baxmayaraq onun komanda məşqlərində iştirakına icazə verilməyib. Fodendən savayı bütün futbolçular məşqdə iştirak edib. Daha sonra isə Foden də daxil olmaqla bütün futbolçular koronavirus testindən keçiblər. 

 

Xatırladaq ki, sabah Bakı vaxtilə saat 23:00da keçiriləcək İtaliya – İngiltərə görüşü Londonun “Uembli” stadionunda baş tutacaq.

 

Xəbər xətti