Yığmamızın oyunlarının vaxtı bilindi

10:30 - 11 İyul 2021

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsindəki ilk iki matçın yeri dəqiqləşib.

 

Sportal.az xəbər verir ki yığmamız turnirə sentyabrda keçiriləcək səfər oyunları ilə start verəcək.

 

Milan Obradoviçin yetirmələri ayın 2-də Xorvatiya ilə üz-üzə gələcək. Bu görüş Velika Qoritsada baş tutacaq.

 

Şəhər stadionundakı qarşılaşmanın vaxtı da bəllidir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həm də “Radnik” stadionu kimi tanınan bu idman qurğusu 5200 tamaşaçı tutur.

 

Millimiz 5 gün sonra Avstriyanın qonağı olacaq. Qarşılaşma Rid in İnnkreys şəhərindəki “Keyne Sorqen Arena”da keçiriləcək. Bu arena 7600 tamaşaçı tutumuna malikdir.

Xəbər xətti