Dadaşov Amerikada oynadı

11:02 - 11 İyul 2021

ABŞ-da çempionatın növbəti turu keçirilib.

 

Sportal.az xəbər verir ki, “Finiks Reyzinq”də çıxış edən azərbaycanlı hücumçu Rüfət Dadaşov da növbəti oyununa çıxıb. Onun komandası “Şarlott İndependens”lə qarşılaşıb və matç 1:1 hesabı ilə nəticələnib.

 

Millimizin hücumçu 56-cı dəqiqədə meydana daxil olub. 11 turdan sonra “Finiks” 23 xalla Sakit Oken divizionunda liderdi, həmçinin Qərb konfransında da birinci yeri tutur.

 

Xəbər xətti