“Yoxlama görüşləri nə qədər çox olarsa, komanda güclü və zəif tərəfləri bir o qədər tez öyrənər. Hər oyunda baş məşqçinin taktiki gedişləri, tapşırıqları olir. “Səbail”lə oyunda da Sənan Qurbanovun öz tapşırıqları oldu, deməzdim ki, 100 faiz alındı. Amma əksəriyyəti də alındı”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Keşlə”nin təcrübəli futbolçusu Rail Məlikov deyib. Paytaxt klubunun hazırlığı barədə danışan 35 yaşlı müdafiəçi, komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Soçi” ilə oyunlardakı şanslarını da dəyərləndirib:
“Qarabağ” və “Səbail”lə yoxlama görüşü keçirdik. “Qarabağ”la yoxlama oyununa 3 məşq edib çıxmışdıq. Komandada yeni futbolçular var idi. Anlaşma tam yerində deyildi. Yoxlama görüşləri lazımdı. “Qarabağ”a məğlubiyyət komandaya dərs oldu ki, zəif nöqətlərini görək. Həmin zəif nöqtələr üzərində də işləyirik. “Səbail”lə oyunda həmin zəif nöqtələri aradan qaldırmağa çalışdıq. Təbii ki, dəyişikliklər var. Bizi üzən “Qarabağ”a böyükhesabla uduzmağımız idi. Sevindirici tərəf isə, bunun vaxtında olması, zəif nöqtələrimizi tez görməyimiz oldu.
Komanda hazırda 70 faiz hazırdı. “Soçi” ilə oyuna qədər də komanda 100 faiz hazır duruma gələcək. Yeni transfelərimiz də pis futbolçular deyil, sadəcə komandaya uyğunlaşmalıdıar. Sənan Qurbanovun bəyəndiyi futbolçulardı. Allah qoysa get-gedə komandaya öyrəşdikcə güc qatacaqlar.
“Soçi”nin keçmək şansı? Mərhələ iki oyundan oyundan ibarət olacaq. Şanslar 50/50-ə olacaq. “Soçi” haqda kifayət qədər məlumat toplamışıq. Həm oyunları, həm də komandanın durumu barədə məlumatlıyıq. “Soçi” pis klub deyil, amma hər rəqibə qarşı oynamaq olar. Maksimum gücümüzü meydada qoymağa çalışacağıq”.
“Neftçi”də kapitan sarğısı daşımış Məlikov “ağ-qaralar”ın Çempionlar Liqasındakı çıxışı haqda da danışıb. Bununla yanaşı o, azarkeşlərin oyunlara buraxılması məsələsinə toxunub: “Neftçi”nin “Dinamo”nu məğlub etməsinə çox sevindim. Ümid edirəm, komanda ikinci oyunu da zəfərlə başa vurar. Bu həm “Neftçi” ailəsinin, həm də Azərbaycanın sevincidi. Azərbaycanı xaricdə təmsil edən klublarımıza görə sevinməliyik.
“Neftçi”nin oyununa baxdım. Bilirəm ki, Samir Abasovun tam istədiyi futbolu oynamadılar. Əsas odur qalib gəldilər. “Neftçi” 70-80 faizini göstərdi. Bilirəm ki, bundan da yaxşısına layiqdilər. Samir Abasov bunun üzərində işləyib, komandanı tam pik nöqtəyə çatdıracaq. Onunla işləmişəm, iş prinsipinə bələdəm. Allah qoysa “Dinamo”nu evdə də məğlub edib növbəti mərhələyə adlayan tərəf olar. “Neftçi”yə inanıb, güvənirik. Hamımız “Neftçi”yə azarkeşlik edəcəyik. Azarkeşlər 12-ci oyunçudu. Onların oyunlara, tribunalara buraxılmasını istəyərdik. Onlar çox böyük stimuldu. Öz komadalarını dəstəkləyib, rəqibi atmosferdə saxlayırlar”.
saytlarin hazirlanmasi
