“Wimbledon-2021” turnirinin qalibi məlum oldu

15:03 - 11 İyul 2021

Tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə”nin London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici görüşdə avstraliyalı Eşli Barti və çexiyalı Karolina Plişkova üz-üzə gəliblər. Görüş avstraliyalı tennisçinin - 2:1 (6:3, 6:7, 6:3) qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Eşli Barti ilk dəfə “Wimbledon-2021” turnirinin qalibi olub.

 

“Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edib.

Xəbər xətti