Bekhemin "Lester"ə keçidinə kim mane olub?

16:30 - 11 İyul 2021

Tanınmış mütəxəssis Sven-Qoran Eriksen vaxtilə Devid Bekhemi “Lester”ə trasfer etmək istədiyindən danışıb.

 

Sportal.az xəbər verir ki, isveçli məşqçi həmin anları xatırlayaraq, transferin baş tutmamasında Viktoriya Bekhemin önəmli rol oynadığını bildirib: "O vaxtı Bekhemin “Los-Ancelos Qalaksi” ilə müqaviləsi başa çatmışdı. Ona “Lester”ə keçməyitəklif etdim. Öncə hər şey Bekhemi sanki razı saldığımıza doğru gedirdi. Amma növbəti gün ofisə Viktoriya gəldi. O, mənə baxdı və dedi “Sven, siz dəli olmusuz? Siz məni “Lester”də təsəvvür edə bilirsiz? Sonradna bu transfer baş tutmadı”.

Xəbər xətti