İngilis tarixə keçdi

10:09 - 12 İyul 2021

Avropa çempionatının finalında İtaliyaya məğlub olan İngiltərə tarixə keçib.

 

Sportal.az xəbər verir ki, ingilislərin vurduğu qol Avropa çempionatlarının finalları tarixinin ən erkən qolu kimi yadda qalıb. 

 

Luk Şounun 117-ci saniyədə vurduğu qol finallarda vurulmuş ən erkən olub. Bundan əvvəl isə rekord İspaniya millisinin forvardı Xüsus Peredaya məxsus idi.

 

O, 1964-cü ilin finalında ispanların 2:1 hesabı ilə qalib gəliyi görüşdə SSRİ yığmasında 6-cı dəqiqədə qol vurmuşdu. 

Xəbər xətti