İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının finalında həlledici penaltini dəqiq yerinə yetirə bilməyən Buyako Saka haqda danışıb.
Sportal.az xəbər verir ki, ingilis mütəxəssis gənc futbolçunu dəstəkləyib: "Saka əla oğlandı, o, həmyaşıdları arasında ən populyar olmağı bacardı. İnanılmaz turnir keçirdi. Saka ulduzdu və belədə qalmağa davam edəcək.
Finaldakı oyunda da özünü yaxşı tərəfdən göstərdi. Halbuki meydana sonradan daxil olmuşdu. Biz Sakaya dəstək və kömək olmalıyıq. İnanıram ki, o, turnirdə göstərdiyi çıxışına görə futbolçular və azarkeşlər tərəfindən seviləcək”.
saytlarin hazirlanmasi
