Türkiyə çempionu "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" azad agent statusunda olan Mehmet Topalı heyətinə cəlb edib. İstanbul təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayacaq. Türkiyə millisinin keçmiş üzvü tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşdiriləcək.
Qeyd edək ki, karyerası ərzində "Dardanelspor", "Qalatasaray", "Valensiya" və "Fənərbaxça"da oynayan Mehmet Topalın son klubu "Başakşəhər" olub. O, Türkiyə millisinin heyətində 81 oyunda meydana çıxıb və 2 qol vurub.
saytlarin hazirlanmasi
