İngiltərə millisinin üzvü azarkeşlərə cavab verdi

16:17 - 12 İyul 2021

İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Avropa çempionatının finalında İtaliyaya qarşı matçda penalti vurmaq istədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi azarkeşlərin finalda onun penalti vurmaq istəməməsinə cavab verib:

 

"Penalti seriyasından əvvəl penalti vurmaq istədiyimi məşqçilər korpusuna bildirmişdim. Turnir ərzində baş məşqçimizin doğru qərarları çox idi. Dünən gecə də o, bu cür etdi.

 

Amma insanların penalti vurmaq istəmədiyimi söyləməsinə icazə vermərəm. Özü də penalti vurmağa hazır olduğum bir vaxtda".

 

Xəbər xətti