Rusiya millisinin hücumçusu Artyom Dzyuba və İtaliya millisinin forvardı Andrea Belotti Avropa çempionatında fərdi göstərici ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, hər iki forvard turnirdə 7 dəfə oyundankənar vəziyyətə düşüb. Belotti Avropa çempionatında 6 matç keçirib. 220 dəqiqə meydanda qalan forvarddan fərqli olaraq, Dzyuba 3 görüşdə 265 dəqiqə oynayıb.
Üçüncü pillədə isə İtaliya millisinin digər forvardı 447 dəqiqəyə 6 dəfə oyundankənar vəziyyətə düşən Çiro İmmobiledi.
saytlarin hazirlanmasi
