"Olimpiakos" "Neftçi" ilə oyun üçün qapıçı gətirdi

10:12 - 13 İyul 2021

Çexiya millisinin əsas qapıçısı Tomaş Vaçlik özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı Yunanıstanda oynayacaq. O, ölkə çempionu olan “Olimpiakos”la anlaşıb. Yaxın günlərdə kiperlə rəsmi müqavilə imzalanacaq. 2018-ci ildən “Sevilya”da oynamış çexiyalı hazırda azad agent statusu daşıyır.

 

Xatırladaq ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi” “Dinamo”(Tbilisi) səddini keçərsə, növbəti mərhələdə “Olimpiakos”la qarşılaşacaq.

 

Xəbər xətti