AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

11:16 - 13 İyul 2021

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Mehtiyeva Latviyanın "Valmiera" və Litvanın "Suduva" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, qarşılaşma iyulun 15-də Riqada keçiriləcək.

Xəbər xətti