"Qarşımızda güclü rəqib var. Onsuzda bu mərhələdə zəif rəqiblər olmurki. "Sumqayıt" da həmin güclü rəqiblərdəndi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Çukariçki"nin kapitanı Marko Doçiç deyib.
Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Sumqayıt" Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaq. Belqrad klubunun futbolçusu həm ötən mövsüm Azərbaycan çempionatında üçüncü pilləni tutmuş “Sumqayıt” haqda danışıb, həm də turnirdəki məqsədlərindən söz açıb:
"Sumqayıt" haqda məlumat toplayırıq. Bizə verilən məlumata görə də deyə bilərəm ki, rəqibimiz doğurdan güclü komandadı. Beş müdafiəçi ilə oynayırlar, komandada fərdi ustalığı yüksək olan futbolçular çıxış edir. Biz bu mərhələni keçmək istəyirik. Necə alınacaq onu oyunlar göstərəcək. Amma təbii ki, məqsədimiz turnirdə irəliləməkdi".
saytlarin hazirlanmasi
