Millimizin forvardı Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Sportal.az xəbər verir ki, Zakarpatya təmsilçisinin yüksək liqada qalmasının səbəbi “Olimpik”in(Donetsk) Ukrayna çempionatından çəkilməsidi.
Belədə, Donetsk təmsilçisinin yerini gələn mövsüm yüksək liqada məhz “Minay” tutacaq.
Premyer Liqadakı digər klublar da millimizin forvardının formasını geyindiyi klubun liqada qalmasına etiraz etməyib.
saytlarin hazirlanmasi
