"Neftçi" güclüdü deyə uduzmadıq, sadəcə iki böyük səhv buraxdıq"

19:52 - 13 İyul 2021

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” oyunundan əvvəl qonaq komandanın baş məşqçisis Kaxaber Sxadadze mətbuat konfransında iştirak edib. Sportal.az xəbər verir ki, Sxadadze sabahkı oyunla bağlı danışıb:

 

“Çoxdandır ki, Bakıda olmamışam. Ötən görüşdə də qeyd etmişdim ki, Azərbaycanda uzun illər çalışmışam, Bakı mənim üçün ən gözəl şəhərlərdən biridiri. Hər birinizə sağlamlıq arzulayıram. Çox çətin və marqlı oyun idi. Sabahkı oyun da ilk görüşdən fərqlənməyəcək. Hər biriniz həzz alacaqsınız. Əminliklə deyə bilərəm ki, sabahkı oyun daha çətin olacaq. Hər iki komanda bir-birinin mənfi tərəflərini görüb və bundan istifadə edəcək. Bu da oyunun daha çətin olacağını göstərir.

 

- Bakıda sizi təəccübləndirən nə oldu?
- Sözsüz ki, Bakının hər kəs bildiyi kimi dünyanın ən gözəl şəhərlərindəndi. Bakını daha böyük gördüm.

 

- Sabahkı oyunda “Dinamo”nun üstünlüyü nədir?
- Deyə bilmərəm ki, “Neftçi” bizdən daha güclüdü. Çünki 8 zərbə oldu, 7-nin qarşısını aldı. Komandamız 2 böyük səhvə yol verdi. Uduzmağımıza əsas səbəb bu idi. Sabah bu səhvlərə yol verilməyəcək. Oyun daha çətin olacaq. Çünki biz rəqibin zəif nöqtəsini öyrəndik.

 

- UEFA səfər qolunu ləğv edib. Bu “Dinamo”ya müsbət təsir edəcək, yoxsa mənfi?
- Biz onu heç bir problem saymırıq. Əminliklə deyə bilərəm ki, qalib gəlməyə ümidliyik.  Biz demirik ki, “Neftçi” zəifdi. Onların səviyyəsi yüksəkdi, çox güclü oyunçuları var. Amma bizim komandamızın ilk oyundakı məğlubiyyəti “Neftçi”nin gclü olmasından irəli gəlmir, bizim iki böyük səhv buraxmağımızdan irəli gəlir. Səhvləri düzəldib, sabahkı oyunda başqa nəticə olmasına çalışacağıq. 

 

- “Bakcell Arena”nı necə xatırlayırsınız? Bu stadionda sizə düşərli olub?
- Bu stadiona çox insan tutmur. Amma , futbol üçün ən çox komfortları olan stadionlardandı. Sırf utbol üçün nəzərdə tuutlub. Böyük stadionlarda da olmuşam, amma bunun kimi yalnız futbol üçün nəzərdə tuulmuş stadiona az rast gəlmişəm. Azərbaycan əhalisinin olduğu yerdə yerləşir. Bu da futbolçulara özünü evində hiss etməsi üçün yaxşıdı. 

 

- Dediniz ki, “Neftçi”nin zəif nöqtələrini bilirik. Nədir həmin zəif nöqtələr və maraqlıdır ki, ilk oyundakı oyundan əvvəl həmin zəif nöqtələri bilmirdiniz?
- “Neftçi” bizim buraxdığımız səhvləri gördü biz də onların. Amma indi bunu danışmaq istəmirəm. Çünki sabah komandalar bir-birinin səhvindən istifadə edib qalib gəlməyə çalışacaq.
 

- Start heyətini deyə bilərsiniz?
- Sizcə, eyni vəziyyətdə Samir Abasov deyərdi?

 

- İlk oyunda azarkeşlər rəhbərliyə narazılıq edirdi. Bəs mərhələni keçməsəniz necə olacaq?
- Azarkeş onun üçündür ki, baxsın oyuna, uğursuzluqda narazılıq etsin. Sabah oyunumuzu oynayaq, sonrasına baxarıq.

Xəbər xətti