"Roma" Portuqaliya millisinin üzvünü transfer etdi

11:33 - 14 İyul 2021

İtaliyanın "Roma" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin "Vulverhempton" klubunun qapıçısı Rui Patrisionu transfer edib. 33 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

 

"Roma" Portuqaliya millisinin üzvü üçün Premyer Liqa klubuna 11,5 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Rui Patrisio 2018-ci ildən "Vulverhempton"da çıxış edirdi. O, İngiltərə klubunun heyətində 112 oyunda meydana çıxıb.

Xəbər xətti