"Azərbaycan klubunun təklif etdiyi hansı məbləğdən imtina etdiyimi desəm..."

13:02 - 14 İyul 2021

Yunanıstanın “Olimpiakos”(Volos) klubunun sabiq üzvü Stafis Rokas yerli mətbuata açıqlamasında vaxtilə Azərbaycan klubundan təklif aldığını bildirib.

 

Sportal.az xəbər verir ki, o, təklifə baxmayaraq ölkəsini tərk etmədiyini söyləyib:

 

“Panionios”dan ayrıldıqdan sonra mənim bir neçə variantım var idi. Ya Superliqada qalmalı idim, ya da xaricə getməliydim. Amma mən aşağı liqada oynayan “Olimpikaos”u(Volos) seçdim. Halbuki Azərbaycandan təklifim var idi. Azərbaycan klubunun təklif etdiyi hansı məbləğdən imtina etdiyimi desəm, mənə ya dəli deyərsiniz, ya da romantik.

 

“Olimpiakos”a isə məbləğ deməmişdim. Sadəcə onların mənə hansı məbləği verə biləcəyini soruşdum. Bununla da razılaşdım”.

Xəbər xətti