"Neftçi"nin ikinci mərhələyə adlayacağına inanıram"

13:43 - 14 İyul 2021

“Neftçi” “Dinamo” ilə müqayisədə bu mövsüm 1 rəsmi oyun belə keçirməmişdi. Bu çətinliyə baxmayaraq, “Neftçi” səfərdə qalib gəldi və üstünlük qazandı. Komandanın oyundan-oyuna daha yaxşı olacağını düşünürəm".

 

Bunu Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Branimir Subaşiç deyib.

 

Paytaxt klubunun sabiq forvardı "Neftçi"nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə adlyacağına inandığını söyləyib: "Neftçi"nin rəqibi əslində yaxşı komandadı. İlk görüşdə də bunu göstərdilər. Amma mən “Neftçi”nin Bakıda “Dinamo”nu məğlub edərək növbəti mərhələyə adlayacağını düşünürəm. Ola bilər ki, yeni transferlərə ehtiyac var. Zamanla hər şeyin yoluna düşəcəyini düşünürəm. İndi əsas olan "Dinamo" səddini keçməkdi ki, bu baş verdikdən sonra ikinci mərhələ haqda düşünmək olar. "Neftçi"yə uğurlar arzu edirəm və inanıram ki, onlar azərbaycanlı futbolsevərləri sevindirək".

Xəbər xətti