Almaniyalı məhşur hakim Feliks Brix beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, 2016/2017 mövsümündə Çempionlar Liqasının final matçının da baş hakimi olan almaniyalı bundan sonra yerli liqada oyunlar idarə edəcəyini bildirib:
"Daha bir böyük turnirdə işləməmək qərarını verdim. Buna görə beynəlxalq karyeramı ilin sonunda başa vuracam. Amma Bundesliqanın yeni mövsümünü səbirslizklə gözləyirəm".
Xatırladaq ki, 45 yaşlı hakim AVRO-2020-də İtaliya və İspaniya arasında keçirilən yarımfinal matçı daxil olmaqla, qrupun 5 oyununda da əsas hakimi kimi oyun idarə edib.
saytlarin hazirlanmasi
