Ulduz futbolçu ikinci dəfə karyerasını bitirdi

16:07 - 15 İyul 2021

Niderland milli komandasının sabiq futbolçusu Aryen Robben karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə instagram səhifəsində açıqlama verib. "Qroningem"in oyunçusu bu qərarı zədə səbəbindən verdiyini deyib.

 

Qeyd edək ki, Robben 2019-cu ildə karyerasını başa vursa da, bir il sonra "Qroningem"ə transfer olmuş və karyerasını davam etdirmişdi. 

 

Aryen Robben karyerası ərzində "Qroningem", PSV, "Çelsi", "Real", "Bavariya" klublarında oynayıb. O, Niderland millisinin heyətində 96 oyunda 37 qol vurub.

Xəbər xətti