Türkiyə çempionu "Beşiktaş" yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, "qara qartallar" Türkiyə millisinin üzvü Kənan Karamanla 3 illik müqavilə imzalayıb.
27 yaşlı hücumçunun son klubu Almaniya Bundesliqa təmsilçisi "Fortuna" olub. Karaman Almaniyada "Hoffenhaym" və "Hannover" klublarında da forma geyinib.
Forvard ötən mövsüm Düsseldorf təmsilçisində keçirdiyi 29 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
