Ramil oynadı, "Kocaelispor" qələbə qazandı

19:19 - 3 Fevral 2024

Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. 

21 turdan sonra 42 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti