Coşqun Diniyevin komandası evdə uduzdu

21:26 - 3 Fevral 2024

Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Bodrum"u qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Coşqun bu görüşün iştirakçısı olmayıb. 28 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

21 turdan sonra 24 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti