"İmişli"ni 2-ci pilləyə yüksəldən qələbə - VİDEO

19:50 - 13 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XVIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "İmişli" doğma meydanda "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma Əsgər Abdullayevin yetirmələrinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "İmişli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

"İmişli" - "Araz Saatlı" 4:1
Qollar: 
Həzrət İsayev, 1 Həmzə Əliyev, 45+2 (pen), Elnur Cəfərov, 74, İbrahim Əliyev, 77 - Ceyhun Rəcəbli, 56

Xəbər xətti