"Mingəçevir" "Karvan"ı məğlub etdi - VİDEO

18:53 - 14 Mart 2024

Futbol üzrə Azərbaycan I Liqasında XVIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Karvan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 21-ə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 27 xalı olan "Karvan" isə 5-ci yerdədir.

"Mingəçevir" - "Karvan" 1:0
Qol: 
Xəyal Muradov, 28

Xəbər xətti