"Cəbrayıl" "Baku Sportinq"ə uduzdu, "Şəki Siti" autsayderlə bacarmadı

18:56 - 22 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider "Baku Sportinq" səfərdə "Cəbrayıl"ı məğlub edib, "Şəki Siti" autsayder "Kürmük Qax"a uduzub, "Kür-Araz" isə doğma meydanda "Ağdaş"dan üstün olub.

"Cəbrayıl" - "Baku Sportinq" 0:1
Qol: 
Aqşin Paşayev, 41

"Kürmük Qax" - "Şəki Siti" 4:1
Qollar: 
Revazi Otaraşvili, 62, Vüqar Məmmədli, 78, Roma Dukaşvili, 79, Nurlan Camallı, 88

"Kür-Araz" - "Ağdaş" 3:2
Qollar:
Elariz Xəlilli, 5, Cavid İmamverdiyev, 26, Ramazan Abbasov, 85 - Nicat Fərəcli, 11 (avtoqol), Azad Əzimli, 45
Qırmızı vərəqə: Ramal Əhmədov, 87 ("Ağdaş")

Xəbər xətti