Samir Abasov "Barselona"nın düşərgəsində - FOTO

10:30 - 24 Aprel 2024

"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Sportal.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.


Xəbər xətti