"Göztepe"nin hücumçusu Romulo yayda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Avropadan bir neçə klub braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə DHA məlumat yayıb.
"Roma", "Ayaks", "Feyenord" və "Monako" Romulonu heyətinə qatmaq üçün mübarizə aparır. İzmir klubu 23 yaşlı forvard üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, "Göztepe" Romulonu ötən ilin fevral ayında Braziliyanın "Atletiko Paranaense" klubundan transfer edib. "Sambacı" bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi