Mahir Emreliyə İngiltərə klubundan təklif

15:14 - 11 İyun 2025

"Nürnberq"dən ayrılan Mahir Emreli karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Hall Siti" azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Hull Live" məlumat yayıb.

Çempionşip təmsilçisi hazırda azad agent statusunda olan 28 yaşlı forvardla müqavilə imzalamağa çalışır.

"Hall Siti"nin baş məşqçisi postuna Sergey Yakiroviç təyin olunub. Mahir Zaqreb "Dinamo"sunda bosniya və herseqovinalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Mahir Emreli ötən mövsüm "Nürnberq"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti