"Sabah" onunla yollarını ayırdı - RƏSMİ

15:33 - 11 İyun 2025

“Sabah” yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, Masazır təmsilçisinin heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Şakir Seyidova kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzu edib.

Xəbər xətti