UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında "Aris"lə üz-üzə gələcək "Araz-Naxçıvan" bu gün Yunanıstana yollanıb.
Sportal.az xəbər verir ki, saytının məlumatına görə, komanda artıq matçın keçiriləcəyi Saloniki şəhərindədir.
Qeyd edək ki, iyulun 31-də keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.
İlk görüşdə "Araz-Naxçıvan" "Aris"ə 2:1 qalib gəlib.