İspaniya millisinin üzvü "Tottenhem"ə keçə bilər

10:57 - 23 Sentyabr 2025

"Real Sosyedad"ın futbolçusu Brais Mendes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" ispaniyalı hücumameyilli yarrımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İspaniya klubu 28 yaşlı ön xətt oyunçusunu 40 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Real Sosyedad" Brais Mendesi 2022-ci ilin yayında "Selta"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti