"Lion" "coker qaydası"ndan istifadə etdi

00:08 - 18 Oktyabr 2025

Hans Hatebur mövsümün sonunadək “Lion”un heyətində çıxış edəcək.

Sportal.az xəbər verir ki, "Lion" yarımmüdafiəçini “Renn”dən icarəyə götürdüyünü açıqlayıb. Bu, hər Liqa 1 klubuna transfer pəncərəsi bağlandıqdan sonra bir azad agenti və ya başqa bir Fransa klubunun futbolçusunu transfer etməyə icazə verən “coker qaydası”ndan istifadə etməklə mümkün olub.

“Atalanta”dakı çıxışları ilə tanınan 31 yaşlı niderlandlı futbolçu Fransa çempionatında cari mövsümdə cəmi bir oyun keçirib.

Xəbər xətti