"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Lion" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Liqa 1 klubu Şimanski üçün noyabr ayında İstanbul nəhənginə təklif göndərməyi planlaşdırır. 26 yaşlı oyunçu özü "Lion"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi