"İmişli" Misli Premyer Liqasının 8-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox çətin oyun oldu. Bilirik ki, "Qəbələ" çox güclü və bərk komandadır. Onlar daha çox xal qazanmağa layiqdirlər. Meydanda bərabər oyun gedirdi. Birinci hissənin sonunda ve ikinci yarının əvvəlində qol buraxmaq bizi çətin vəziyyətə saldı. Amma taktiki dəyişikliklərdən sonra komanda özündə güc tapdı. Futbolçularımız xarakter göstərdilər. Komandamdan razıyam. 0:2 hesabından sonra 1 xal qazanmaq yaxşı nəticədir.
- Son oyunlarda "İmişli" çox qol buraxır. Bunun səbəbi nədir?
- Müdafiə xəttində problem yoxdur. Sadəcə, rəqiblərimiz də çox güclü olur. Qollar vurmaq və buraxmaq futbolun bir hissəsidir. Dediyim kimi, rəqiblərimiz də çox güclüdür. “Qəbələ”nin sürətli hücumçuları var. Əlbəttə ki, qol buraxmaq istəmirik. Amma rəqibləri də nəzər almaq lazımdır.
- Dediz ki, komanda xarakter göstərdi. Feyr-pleyə əməl etməmək də yaxşı xarakterdir?
- Rəqib oyunçunun zədələnməsini görmədik. Sadəcə, eşitdik ki, baş məşqçi əvəzetmə etmək istəyir. Ona görə epizoda belə reaksiya verdik.
Elçin Əlixan
saytlarin hazirlanmasi