"Olimpiakos"un futbolçusu Kristos Mouzakitis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilərr.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" yunanıstanlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Mouzakitisin oyununu uzun müddətdir izləyir. 18 yaşlı oyunçu ilə "Çelsi" və "Arsenal" da maraqlanır.
Qeyd edək ki, Kristos Mouzakitis "Olimpiakos"un yetirməsidir. Yunanıstan millisinin üzvü bu mövsüm Pirey təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
