"İmişli" Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandam yaxşı oyun nümayiş etdirdi. Birinci hissədəki oyunumuzdan çox razı qaldım. Topa nəzarət edirdik. Yüksək pressinqimiz öz nəticəsini verirdi. Sadəcə olaraq əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İkinci hissədə "Sabah" standart vəziyyəti yaxşı yerinə yetirdi və qol vurdu. Xarakterli komandayıq. Son dəqiqələrdə hesabı bərabərləşdirə bildik və oyunu əlavə vaxta apardıq. "Sabah" çox güclü komandadır, keyfiyyətli oyunçuları var. Fərdi ustalıq hesabına qol vurub önə keçdilər. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüflər olsun ki, 1/4 finala bir komanda yüksəlir. "Sabah"ı təbrik edirəm.
- "Sabah"a ardıcıl iki məğlubiyyət komandaya necə təsir edəcək?
- Vacib oyunlardı. Amma komandaya mənfi təsir etməyəcək. Məğlubiyyətə baxmayaraq, yaxşı oyun göstərdik. İşimizi görməyə davam edəcəyik. İrəliyə baxmaq lazımdır.
- Qış fasiləsində legioner futbolçu transferi gözlənilir?
- Əlbəttə ki, komandanı gücləndirmək istəyərik. Amma qışda yaxşı oyunçu tapmaq çətindir. "İmişli" "Qarabağ", "Sabah" kimi böyük klub deyil.
- Komanda qış planları bəllidir?
- Bakıda məşq edəcəyik.
Elçin Əlixan
saytlarin hazirlanmasi
