Bu axşam Vaşinqtonda gələn yay tarixdə ilk dəfə 3 ölkənin (ABŞ, Kanada, Meksika) ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, saat 21:00-da başlanacaq püşkatma öncəsi komandalar 4 səbətə bölünüb.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya;
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya;
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika;
4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FIFA pley-off qalibləri (2 komanda).
Xatırladaq ki, qitələrarası vəsiqə uğrunda Yeni Kaledoniya - Yamayka cütünün qalibi Konqo Demokratik Respublikası, Boliviya - Surinam duelinin güclüsü isə İraq seçməsi ilə qarşılaşacaq.
Mundial tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunacaq və 11 iyun - 19 iyul tarixlərində baş tutacaq.
saytlarin hazirlanmasi
