"İnter" İtaliya millisinin üzvünü transfer etmək istəyir

12:16 - 27 Dekabr 2025

İcarə əsasında "Kaylari"də çıxış edən Marko Palestra A Seriyasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "İnter" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Nerazzurri" 20 yaşlı sağ cinah müdafiəçisinin performansını yaxından izləyir. Milan klubu Palestranı gələn ilin yayında heyətinə qatmağa çalışacaq. Müqaviləsi ilə məxsus olduğu "Atalanta" gənc oyunçuya 40 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Marko Palestra bu ilin avqust ayından "Kalyari"də çıxış edir. İtaliya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol ötürməsi edib.

Xəbər xətti