"Torino"nun kapitanı Duvan Zapata karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" kolumbiyalı hücumçunu transfer etmək istəyir. Bu barədə italiyalı jurnalist Alfredo Pedulla məlumat yayıb.
İstanbul nəhəngi Zapatanı yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Qara qartallar" yaxın günlərdə 34 yaşlı forvard üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Torino" Duvan Zapatanı 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
